Qərbi Kaspi Universiteti

az

Ömürboyu Təhsil Mərkəzi

Yaşından və təhsil səviyyəsindən asılı olmayaraq yeni bilik və bacarıqları öyrənmək, karyerada davamlı inkişaf etmək və müxtəlif sahələrdə ixtisaslaşmaq istəyən şəxslər üçün ixtisas kursları təqdim etmək əsas hədəfimizdir. Təlim və kurslar universitetin peşəkar müəllimləri və dəvət olunmuş mütəxəssislər tərəfindən distant və əyani şəkildə həyata keçirilir. Kursu bitirən tələbələr Qərbi Kaspi Universiteti tərəfindən sertifikat ilə təltif olunur.

 

Ömürboyu Təhsil nədir?

  • Peşəkar inkişaf
  • Fərdi inkişaf
  • Zehni inkişaf
  • Maraq dairəsinin genişləndirilməsi
  • Aktual olan praktik bililklərin əldə edilməsi
  • Məşğulluq imkanlarının artırılması
  • Sosial mühitin genişləndirilməsi

Fəaliyyət istiqamətləri

Ömürboyu Təhsil Mərkəzi akademik borcu olan tələbələr üçün yay məktəblərinin, müxtəlif xarici dil və IT kurslarının və Universitetin fəaliyyət istiqamətləri üzrə Ömürboyu təhsili həyata keçirirərək fəaliyyət göstərir.

Missiyamız

Mərkəz cəmiyyətin tələblərini və insanların daim dəyişən ehtiyaclarını müəyyən edərək bu ehtiyaclara cavab verəcək innovativ və keyfiyyətli öyrənmə imkanlarını təmin etməklə milli və beynəlxalq səviyyədə ayrı-ayrı şəxslərə, universitet tələbələrinə, məktəb şagirdlərinə, dövlət qurum təşkilatlarına, özəl sektor işçilərinə təqdim etməklə cəmiyyətimizin və ölkəmizin inkişafını təmin etmək missiyasına malikdir.

Strateji baxışımız

Bizim strateji baxışımız ölkəmizdə və dünyada baş verən inkişafı izləyərək, yüksək keyfiyyətli öyrənmə metodlarını təqdim etməklə, cəmiyyətin ehtiyac duyduğu ixtisaslı işçi qüvvəsi imkanlarını yaratmaq, bütün təhsil səviyyələrindən olan şəxslərin ömür boyu inkişaf proseslərinə töhfə verən innovativ və qabaqcıl təhsil mərkəzi olmaqdır.

Əlaqə:

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A E-poçt: lifelonglearning@wcu.edu.az

Telefon: +994 12 565 39 77 (daxili 116)