Tədrisin təşkili və idarə olunması mərkəzi
Tədris və Elmi Tədqiqat üzrə Sorğu
Şöbənin funksiyaları
Şöbə Universitetdə tədrisin planlaşdırılması, proqnozlaşdırılması, tədris prosesinin metodiki təminatı və dövlət nümunəli sənədlərlə və tələblərlə iş sahəsində aşağıdakı funksiyaları həyata keçirir:
- Fakültə və kürsülərdə tədris, tədris-metodiki və tərbiyəvi işləri təşkil edir;
- Tədris və işçi-tədris planlarının layihələrinin hazırlanması, təsdiqi və fənn proqramlarının hazırlanması işini təşkil edir;
- Fakültə və kürsülər üzrə dərs yüklərinin bölgüsü və onun yerinə yetirilməsini təşkil edir;
- Tədris metodiki konfransların keçirilməsini təşkil edir;
- Auditoriya fondu (tutum göstərilməklə) və onun fakültələr üzrə bölgüsü işini təşkil edir;
- Kürsülərin fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatı işinin təşkil edir;
- Dərs cədvəllərinin hazırlanmasını və dərslərin gedişini təşkil edir;
- Kredit sistemi ilə tədrisin təşkilini (dərsə davamiyyət, çoxballı sistemlə qiymətləndirmə və s.) təmin edir;
- Tədrisin təşkili üzrə təlimati sənəd və əmrlərin hazırlanması işini təşkil edir;
- Təhsil haqqında Dövlət nümunəli sənədlərin alınması, saxlanılması, doldurulması və verilməsi işini təşkil edir;
- Tədris üzrə statistik uçotun aparılmasını təşkil edir;
- Təhsilalanlarla bağlı əmrlərin hazırlanması işini təşkil edir;
- Tədris-metodik işlər üzrə hesabatların hazırlanmasını işini təşkil edir;
- Dekan, kürsü müdiri və professor-müəllim heyəti üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqələri təşkil edir;
- Fakültə və kürsülərlə tədrisin planlaşdırılması və proqnozlaşdırılması işini təşkil edir;
- Təhsillə bağlı normativ aktlarda müəyyən edilmiş, o cümlədən də Universitet rəhbərliyini tərəfindən həvalə edilmiş digər funksiyaları həyata keçirir.
Əlaqə
Piri Axundov
Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31
Telefon:+994 12 492 74 18
Faks:+994 12 492 67 01