Tələbə Dəstək Mərkəzi
Mərkəz haqqqında
Tələbə Dəstək Mərkəzi universitetin tələbəyönümlü idarəetmə siyasətinin əsas icra mexanizmlərindən biri olaraq fəaliyyət göstərir. Mərkəz tələbələrin akademik, sosial və fərdi inkişafını sistemli şəkildə dəstəkləyən, onların hüquq və maraqlarının qorunmasını təmin edən və universitet daxilində sağlam institusional mühitin formalaşdırılmasına töhfə verən struktur bölmədir.
Mərkəz tələbə ilə universitet rəhbərliyi arasında institusional əlaqələndirici rolunu yerinə yetirir, müraciətlərin operativ və obyektiv şəkildə araşdırılmasını təmin edir, eyni zamanda tələbə məmnuniyyətinin davamlı şəkildə artırılması istiqamətində fəaliyyət göstərir.
Mərkəzin missiyası
Tələbə Dəstək Mərkəzinin missiyası universitetdə tələbəyönümlü idarəetmə modelinin institusional səviyyədə tətbiqini təmin etmək və tələbələrin hüquq və qanuni maraqlarının qorunmasına sistemli yanaşma formalaşdırmaqdır.
Mərkəz tələbələrin akademik və inzibati proseslərdə qarşılaşdıqları məsələlərin normativ çərçivədə və koordinasiyalı şəkildə həllini təmin edir, müraciətlərin operativ araşdırılması və nəticələrin monitorinqi vasitəsilə idarəetmə proseslərinin təkmilləşdirilməsinə töhfə verir.
Eyni zamanda Mərkəz universitet daxilində şəffaflıq, hesabatlılıq və institusional məsuliyyət prinsiplərinə əsaslanan tələbə mühitinin formalaşdırılmasını dəstəkləyir və tələbə iştirakçılığının gücləndirilməsinə xidmət edir.
Tələbə Dəstək Mərkəzinin funksiyaları:
1. Tələbələrin universitet qərarları və yenilikləri barədə operativ şəkildə məlumatlandırılmasını təmin etmək.
2. Tələbə dəstək xidmətlərini təşkil etmək və həyata keçirmək.
3. Tələbələrin müraciət və şikayətlərini qəbul etmək, araşdırılmasını və cavablandırılmasını təmin etmək.
4. Şikayətlərin tələbə nümayəndələrinin iştirakı ilə araşdırılmasını təşkil etmək və nəticələri təqdim etmək.
5. Tələbələrin təklif və tövsiyələrini toplamaq, təhlil etmək və aidiyyəti struktur bölmələrinə təqdim etmək.
6. Tələbələr arasında müxtəlif mövzularda sorğular təşkil etmək və keçirmək.
7. Sorğuların nəticələrinə əsasən pedaqoji heyətin qiymətləndirilməsini və müəllimlərin reytinqinin müəyyən edilməsini təşkil etmək.
8. Universitetdə fəaliyyət göstərən tələbə klublarının fəaliyyətini əlaqələndirmək, onların təşkili və inkişafına metodiki və təşkilati dəstək göstərmək.
9. Universitetin struktur bölmələrilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək.
10. Fəaliyyət istiqamətləri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Əlaqə
Samir Sadiqov
Telefon: +994 (012) 565 39 77
E-poçt: telebedestekmerkezi@wcu.edu.az
Ünvan: Əhməd Rəcəbli küçəsi, III Parelel, 17A. (506-cı otaq)