Qərbi Kaspi Universiteti

Strateji İnkişaf Mərkəzi

Strateji İnkişaf Mərkəzi

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Strategiya Azərbaycanın inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirləri müəyyənləşdirmişdir. Bununla əlaqədar Qərbi Kaspi Universitetində 2020-ci ildə “Strateji İnkişaf Mərkəzi” yaradılmışdır.

Mərkəzin əsas vəzifələri:

-Universitetin orta və uzunmüddətli strategiyasını və siyasətlərini müəyyənləşdirmək və razılaşdırdıqdan sonra həyata keçirmək;

-Universitetin fəaliyyət və keyfiyyət meyarlarını inkişaf etdirmək;

-Universitetin xidmət və fəaliyyəti haqqında məlumatlar toplamaq, təhlil etmək və şərh etmək;

-Universitetin xidmətlərinə (təhsil, təlim və tədqiqat) təsir göstərə biləcək xarici amilləri araşdırmaq, daxili qabiliyyət araşdırması aparmaq, xidmətlərin səmərəliliyi və məmnuniyyət səviyyəsini təhlil etmək və hesabat hazırlamaq;

-Strateji inkişaf planını yazmaq və fəaliyyət proqramı üzrə işləri qurmaq;

-İllik hesablamaları strateji plana və fəaliyyət proqramına uyğun olaraq hazırlamaq və fəaliyyətin onlarla uyğunluğunu izləmək və qiymətləndirmək;

-Universitetin 5 illik strateji planının icrasına nəzarət etmək, hesabatlar hazırlamaq;

-Universitetin maraqları çərçivəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, universitetin gələcək inkişafı üçün strateji planlar hazırlamaq və həyata keçirmək;

-Universitetinin təhsil–elm-tədqiqat–innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün perspektiv planlar hazırlamaq, razılaşdırmaq və həyata keçirmək;

-Təhsildə innovativ sistemlər haqqında təkliflər hazırlamaq;

-Universitet-biznes əməkdaşlıq münasibətlərini inkişaf etdirmək;

-Müəllim və tələbələrin şirkətlərlə münasibətində körpü rolunu oynamaq;

-Universitetin dövlət qurumları, istehsalat sahələri və bizneslə strateji əməkdaşlığını genişləndirmək, bu əməkdaşlığı strategiyanın tələblərinə uyğun yenidən qurulmasını təmin etmək.

 

Əməkdaşlar:

1.Strateji İnkişaf Mərkəzinin Rəhbər Əvəzedicisi

Fərzəliyeva Əminə

Əhməd Rəcəbli 17A, Bakı, Azərbaycan

Telefon: +994 12 565 39 77 (Daxili 118)

E-mail: emine.ferzeliyeva@wcu.edu.az

strategy.development@wcu.edu.az

 

2.Strateji İnkişaf Mərkəzinin Mütəxəssisi

Quliyeva Gültəkin

Əhməd Rəcəbli 17A, Bakı, Azərbaycan

Telefon: +994 12 565 39 77 (Daxili 118)

E-mail: gultekin.quliyeva@wcu.edu.az

 

 

ƏSASNAMƏ

 

Fəaliyyət planı:

 

Monitorinq nəticələri:

 

Hesabat: