Qərbi Kaspi Universiteti

Universitet

İşçi dillərin tədrisi mərkəzi

Mərkəzin vəzifələri

 Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə yaradılmış Mərkəz Universitetin müstəqil, bütün qurumlarla qarşılıqlı şəkildə fəaliyyət göstərən struktur bölməsidir. Mərkəzin vəzifələrinə aiddir:

  • Universitetdə tələbələr və işçi heyəti (pedaqoji və inzibati heyət) üçün intensiv ingilis (rus) dili kursları təşkil etmək;
  • Tələbələrin və işçi heyətin Mərkəz tərəfindən təşkil edilən intensiv ingilis dili kurslarına cəlb olunmasını təşkil və təmin etmək;
  • Universitetdə işçi dillər üzrə kurslar (bundan sonra kurslar) təşkil etmək və bu kurslara tələbələrin, o cümlədən də Universitetin işçi heyətinin cəlb edilməsini təmin etmək;
  • İşçi dillər üzrə tədris proqramlarını hazırlamaq və təsdiq edilməsi üçün Tədris işləri üzrə Prorektora təqdim etmək;
  • Kurslarda fəal tədris prosesinin təşkilini təmin etmək;
  • İxtisaslı kadrların (müəllimlərin) kurslara cəlb olunmasını təşkil və təmin etmək;
  • Təşkil edilmiş Kurslarda dərslərin keyfiyyətinə nəzarət etmək;
  • Təsdiq edilmiş proqrama uyğun dərslərin keçirilməsini təşkil və təmin etmək;
  • Kursların sonunda imtahanların keçirilməsini təmin etmək;
  • Kurslarda iştirak edən müəllimlərin qiymətləndirilməsini təmin etmək və bu qiymətləndirmədə iştirak etmək;
  • Kursların sonunda verilmiş imtahanların nəticələrinə uyğun olaraq tələbə və müəllimlərin müsbət və mənfi cəhətlərinin müəyyən edilməsini təmin etmək;
  • Mərkəzin gələcək fəaliyyət planını işləyib hazırlamaq və təsdiq edilməsi üçün Tədris işləri üzrə Prorektora təqdim etmək;
  • Xarici ekspertlərin kurslara cəlbini təşkil və təmin etmək;
  • Mərkəzin müəllimlərinin seminar və treninqlərə cəlb edilməsini təşkil və təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vəsaitlər hazırlamaq və nəşr etdirmək;
  • Avropa təhsil standartlarına inteqrasiya şəraitində Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək;
  • Kursların təşkil edilməsi ilə bağlı Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, birgə layihələrin həyata keçirilməsini təşkil və təmin etmək;
  • Universitet rəhbərliyi tərəfindən Mərkəzə həvalə edilmiş digər vəzifələri icra etmək.

 

Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks: AZ1072

Telefon:+994 12 565 39 77