Qərbi Kaspi Universiteti

Universitet

Elmi Kitabxana Mərkəzi

Elmi Kitabxana Mərkəzinin  Strukturu   

Kitabişləmə və komplektləşdirmə şöbəsinin vəzifələri: 

Fonda daxil olan kitabların uçotunun aparılması;

Kitabların ümumi uçot və fərdi uçot kitabında qeydə alınması;

Təsnifləşdirmə;

Kitabların elmi cəhətdən işlənməsi;

Kataloqlaşdırma və indeksləşdirmə;

Ənənəvi kataloq sistemini yaratmaq (sistemli kataloq);

Kataloq kartoçkalarının printerdən çıxarılması və kataloq qutularında düzülüşünün təmin olunması

Elektron resurslar və Elektron kataloq şöbəsinin vəzifələri: 

Elektron kataloq (Mark formatında kitabların Follet Destiny proqramında işlənməsi);

Fonda daxil olmuş çap və elektron nəşrlərin elektron kataloqa və elektron kitabxanaya daxil edilməsi prosesinin ardıcıl həyata keçirilməsi;

Hər bir oxucu üçün məsafədən asılı olmayaraq oxu şəraitinin yaradılması;

Dövri nəşrlərin (qəzet və jurnal məqalələrinin) elektron kartoteka bazasının yaradılması;

Kitabxana saytının təkmilləşdirilməsi və fonda daxil olan yeni kitabların və kafedraların metodik vəsaitlərinin yerləşdirilməsi.

Abonement, xidmət və oxu zalları

Tələbə və müəllim heyətinin və ümumiyyətlə şöbəyə müraciət edən hər bir oxucunun sorğuları əsasında çap və elektron nəşrlərin axtarışı və sorğunun təmin olunması;

Kataloq və kartoteka sistemi vasitəsilə kitabxana fondunun tərkibi haqqında oxuculara informasiya verilməsi;

Elektron xidmət (sorğuya əsasən ədəbiyyatların oxucuların elektron poçt ünvanına göndərilməsi);

Oxu zallarında oxuculara lazımi şəraitin yaradılması (sakitliyə riayət edilməsi, elektron materiallarından təmin olunmanın həyata keçirilməsi məqsədilə fasiləsiz İnternetlə təmin olunma və kompyuter avadanlıqları ilə təchiz olunma).

Əlaqə

Şöbə müdiri:  Mehparə Əsədova

Ünvan:  Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:  AZ1072

Telefon: +994 12 565 39 77

Email:  mehpare.esedova@wcu.edu.az