Qərbi Kaspi Universiteti

Fakültələr

Biznesin təşkili və idarə edilməsi (MBA proqramı çərçivəsində)

Proqram: Biznesin təşkili və idarə edilməsi üzrə magistr 

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2500 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Proqramın tərkibi >

 

Proqram haqqında 

Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramı – idarəçilik təşkilatında səmərəli iş fəaliyyəti üçün lazım olan idarəetmə və mühüm təşkilatı qərarların verilməsi bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan təhsil proqramıdır. MBA proqramı üzrə məzunlar milli və beynəlxalq təşkilatlarda orta və yüksək səviyyəli rəhbər vəzifələr tutmağa, öz təşkilatlarında mürəkkəb məsələləri həll etmə bacarıqlarına malik olaraq, məsul vəzifələr tutmağa şans əldə edirlər. Proqram zəruri bacarıqları müəyyənləşdirir, o cümlədən idarəetmə, şəxsiyyətlərarası və kommersiya, bazar haqqında bilik, qlobal dəyişiklərə hazır olan satış, marketinq və əməliyyatlar, maliyyə və mühasibat bacarıqları, müştərilərlə iş bacarıqları, komandada iş, şəbəkənin qurulması və problemlərin həlli üzrə bacarıqları aşılayır.

Magistrlər elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

- Təşkilati-idarəetmə qərarlarını qəbul edib, onun nəticələrini müəyyənləşdirmək və ona görə məsuliyyət daşıma qabiliyyəti

- Kollektivdə işləmək qabiliyyətinə

- Hüquqi biliklər və etik normalar

- Müasir proqram-informasiya təminatlarından idarəetmə sahəsindəki məsələlərin həllində istifadə etmək qabiliyyəti

 

Məzunların iş tapmaq imkanları

- Elmi-tədqiqat müəsissələri;

- Pedaqoji müəsissələri;

- Layihə-iqtisadi təşkilatları;

- Təşkilatlarda inzibatçılıq və s.

 

x