Qərbi Kaspi Universiteti

Fakültələr

İnnovasiyaların və layihələrin idarə olunması

İstiqamət Menecment

Proqram: İnnovasiyaların və layihələrin idarə olunması üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

İnnovasiyaların və layihələrin idarə olunması üzrə magistr proqramı magistrlərə layihə idarəçilik təhlilini və layihənin idarə olunmasını dərindən tədris edən təhsil proqramıdır. Magistrlar texniki və nəzəri biliklərin vəhdəti nəticəsində o cümlədən innovasiya və layihələrin idarə olunması sahəsində karyera qurmaq üçün əsas bacarıqlara malik olacaqlar. İdarəçiliyin əsas anlayışlarından biri olan marketinq-iqtisadiyyat və proqnozlaşdırma sahəsində tədris olunur. Elmi tədqiqat, innovasiya, problemlərin həlli və mühakiməsi, şəxsiyyətlərarası münasibətdə bacarıqları inkişaf etdirmək üçün magistrantlara xüsusi yardım göstərilir.Magistrlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər. Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsvirə və geniş biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyət çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar

· Fundamental və kompüter fənləri sahəsində dərin biliklərə əsaslanan riyazi modelləşdirmə üsullarından istifadə etmək qabiliyyətinə;

· Menecment problemlərini həll etmək bacarığına;

· Elmi-tədqiqat və elmi axtarışlar işinin aparılmasına;

· Menecment inkişafının əsas istiqamətləri üzrə müstəqil təhlil aparmağa;

· Öz elmi araşdırmalarının nəticələrini təqdim etmək bacarığına;

· Fənlərin ümumi mənzərəsini müstəqil qurmağa.

 

Məzunların iş tapmaq imkanları

- Milli və beynəlxalq şirkətlər

- İqtisadi strukturlar

- Banklar, konsaltinq şirkətləri, sığorta şirkətləri və korporasiyalarda öz peşə fəaliyyətlərini qura bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

x