Psixologiya və Sosial İş kafedrası
“Psixologiya və Sosial iş” kafedrasının əsas məqsədi psixologiya və sosial iş üzrə mütəxəssislərin yetişdirilməsi, müasir tədris texnologiyalarının tətbiqi, tədrisin interaktiv formaları, pedaqoji fəaliyyəti sahəsinin formalaşmasıdır. Kafedrada müasir mütəxəssislərin psixoloji hazırlığı onun peşə hazırlığının zəruri tərkib hissəsi sayılır və ona xüsusi əhəmiyyət verilir. Kafedranın əsas vəzifələrindən biri psixologiya və sosial iş, eləcə də təhsildə sosial- psixoloji xidmət sahələrində elmi yeniliklərə cavab verən tədqiqat işlərinin aparılmasıdır. Sosial psixologiya, klinik psixologiya hüquq psixologiyası, ailə psixologiyası, uşaq və yeniyetmə psixologiyası, psixoloji korreksiya və psixoterapiya və s. ümumi maraq dairəsinə aid sahələrə xüsusi diqqət yetirilir. Tədris prossesi yüksək ixtisaslı elmi və pedaqoji kadrlar tərəfindən həyata keçirilir.
Psixologiya və sosial elmlər sahəsində peşəkar biliklərin artırılması məqsədilə “Psixologiya və sosial iş” kafedrasında məzunlar və mütəxəssislər psixologiya və sosial elmlər sahəsində əlavə bilik əldə etmək istəyənlər üçün elmi-təcrübi konfranslar, dəyirmi masalar, elmi seminarlar təşkil olunur.
“Psixologiya və sosial iş” kafedrasında tədris olunan ixtisaslarımız:
Psixologiya
Sosial iş
Təhsildə sosial -psixoloji xidmət
Klinik (Tibbi) psixologiya
Sosial psixologiya
Hüquq psixologiyası