Tarix kafedrası
Tarix kafedrası humanitar və sosial elmlər sahəsində fundamental elmi biliklərin, milli-mədəni irsin və tarixi yaddaşın qorunub saxlanılması, eləcə də yeni nəslin vətəndaşlıq, milli kimlik və qlobal perspektiv baxımından formalaşdırılması məqsədi daşıyan mühüm akademik-struktur bölmələrdən biridir. Kafedranın əsas məqsədi bakalavr, magistr və doktorantura səviyyələrində yüksək ixtisaslı tarixçi mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin təşkili və həyata keçirilməsidir.
Tarix kafedrasının fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Tədris prosesi – Kafedra Azərbaycan tarixi, Antik tarix, Şərq tarixi, Türk xalqları tarixi, Müasir tarix, Amerika tarixi, Etnoqrafiya, Numizmatika, Arxeologiya və tarixin tədrisi metodologiyası üzrə bir sıra fənlərin tədrisini bakalvr və magistr pilləsində həyata keçirir. Eyni zamanda, tələbələrə analitik və tənqidi düşünmə bacarıqları aşılanır, tarixi mənbələrin təhlili və interpretasiyası öyrədilir.
2. Elmi-tədqiqat fəaliyyəti – Kafedra əməkdaşları milli və beynəlxalq səviyyədə tarix elminin aktual problemləri üzrə elmi araşdırmalar aparır, yerli və beynəlxalq konfranslarda iştirak edir, elmi məqalə, monoqrafiya, tədris proqramları, dərs vəsaitləri nəşr etdirirlər. Tədqiqatlar xüsusilə regional tarix, milli dövlətçilik ənənələri, mədəni irs və tarixi demoqrafiya mövzularını əhatə edir.
3. İctimai və maarifləndirici fəaliyyət – Kafedra tarixi irsin təbliği, ictimaiyyətin tarixə olan marağının artırılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində müxtəlif layihələr və tədbirlər təşkil edir. Bu çərçivədə muzeylərlə əməkdaşlıq, tarixi ekskursiyalar, elmi seminarlar, konfranslar, diskusiyalar və açıq mühazirələr təşkil olunur.
4. Beynəlxalq əməkdaşlıq – Kafedra müxtəlif ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri qurmaq üçün çalışır, beynəlxalq layihələrdə iştirak edir və akademik mübadilə proqramlarına qoşulur.
Tarix kafedrası elmi biliklərin yaradılması və ötürülməsi ilə yanaşı, cəmiyyətin tarixi şüurunun inkişafına və humanitar dəyərlərin möhkəmləndirilməsinə töhfə verən strateji əhəmiyyətli bir qurum kimi fəaliyyət göstərir. Bu məqsədlə o, təkcə akademik mühitdə deyil, həm də geniş ictimai səviyyədə maarifləndirici rola malikdir.