Politologiya və Beynəlxalq münasibətlər kafedrası
Politologiya və Beynəlxalq münasibətlər kafedrası siyasi elmlər və beynəlxalq münasibətlər sahəsində müasir biliklərə əsaslanan, analitik düşüncəyə və qlobal baxışa malik mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyur. Kafedra tədris, tədqiqat və metodoloji yenilikləri birləşdirərək tələbələrə siyasi sistemlər, beynəlxalq təşkilatlar, geosiyasi proseslər və diplomatik münasibətlər sahəsində nəzəri və praktik biliklər qazandırır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq və akademik mobillik imkanları vasitəsilə qlobal inteqrasiyanı dəstəkləyir və regionun elmi-intellektual inkişafına töhfə verir.
Tədris olunan fənlər:
- Beynəlxalq münasibətlər tarixi
- Politologiya
- Siyasət nəzəriyyəsi
- Siyasi fikir tarixi
- Beynəlxalq münasibətlər tarixi və metodologiyası
- Dünya siyasəti və beynəlxalq münasibətlər
- Beynəlxalq münasibətlər nəzəriyyəsi
- Diplomatiya nəzəriyyəsi və təcrübəsi
- ABŞ-ın xarici siyasəti
- Beynəlxalq inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar
- Azərbaycan beynəlxalq münasibətlər sistemində
- Müasir BM-də enerji diplomatiyası