Qərbi Kaspi Universiteti

Fakültələr

Biologiya

Proqram: Biologiya üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı: PDF_fayl >

Matrix: PDF_fayl >

PTN: PDF_fayl >

Tədris planı 2023: PDF_fayl >

Təlim dili: Azərbaycan, rus və ingilis dili

 Proqram tərkibi >

Biologiya üzrə bakalavr dərəcəsi yer üzündə mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluş və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrədən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində sitologiya (hüceyrə haqqında nəzəriyyə), molekulyar biologiya, insan haqqında nəzəriyyə, ekologiya, biosfer haqqında nəzəriyyə, təkamül nəzəriyyəsi, orqanizmin individual inkişafı kimi sahələr öyrənilir. Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələr üçün müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar genlərin strukturunu öyrənən genetik, heyvanları öyrənən zooloq, insan quruluşunu, orqanlarını və həyat fəaliyyətini öyrənən anatom kimi fəaliyyət göstərə bilərlər.

Əldə ediləcək bilik və bacarıqlar

- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;

- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;

- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;

- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;

- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;

- məlumatların toplanması va saxlanması yollarına, məlumatlar bazasını yaratmaq bacarığına;

- Komandada iş, problemin həlline ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;

- Peşəkar məqsədlar üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına.

Məzunların iş tapmaq imkanları

Bu proqramın məzunları ixtisas dərəcəsinə uyğun özəl təşkilatlarda, şirkətlərdə, dövlət müəssisələrində, dayanıqlı və yaşıl cəmiyyətə keçid etmək üçün zəruri olan dərin bioloji biliklərin tələb olunduğu elmi-tədqiqat institutlarında, laboratoriyalarında və mərkəzlərində, universitetlərdə, qida sənayesi müəssisələrinin laboratoriyalarında, əczaçılıq, qida, təbii resursların dayarlandırılması, eləcə də bioloji elmlər, innovasiya və digər ümumsahəvi kompetensiyaların tələb olunduğu sahələrdə işləyə bilərlər.