Meşəçilik
Proqram: Meşəçilik üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Tədris qrafiki(qiyabi): PDF_fayl >
Tədris qrafiki(əyani): PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Tədris planı 2023: PDF_fayl >
Tədris planı(qiyabi) 2023: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Meşəçilik ixtisası üzrə tədris proqramı özündə meşəçilik nəzəriyyəsini, meşə quruluşunu, bitkilərin çoxalmasının və genetikasının tədqiq olunmasını əks etdirir. Proqram çərçivəsində tələbələr təbiət hadisələrinin meşə həyatında rolu, kimya sahəsində əldə edilmiş nailiyyətlərin meşəçilikdə istifadəsi, meşə yetişdirmədə və meşələrin mühafizəsində pestisidlərdən istifadə qaydaları, ali bitkilərin anatomiyası, morfologiyası və sistematikası, meşəçilikdə və meşəsalmada iqlim potensialının nəzərə alınması, meşə təsərrüfatının təşkili və idarə olunması haqqında ətraflı biliklər əldə edirlər. Tələbələrə eyni zamanda planalma işləri, çöl materiallarının hesablanması və planın tərtibi yolları, ağac və kol bitkilərində baş verən fizioloji və biokimyəvi proseslərin mahiyyəti, meşə heyvanlarının biologiyası, ekologiyası və təsərrüfat əhəmiyyəti, meşə bitkilərinin xəstəlik törədiciləri və zərərvericiləri, onlara qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi, meşəəmələgətirən ağac cinslərinin meşəçilik xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrədilir. Qərbi Kaspi Universiteti nəzdində meşəçilik və ağac emalının texnologiyası üzrə laboratoriyaların təşkili bu sahədə praktiki biliklərin əldə olunması və inkişaf etdirilməsinə böyük təkan verir.
Qeyd etməliyik ki, tələbələr fakültənin yeni yaradılmış Geomatika Mərkəzindən istifadə etməklə meşə sahələrinin dəqiq planlarını və ya xəritələrini tərtib etmək üçün ən müasir qurğulardan və brend hesab olunan proqram təminatlarından istifadə edəcəklər. Tələbələr ən müasir geodeziya alətlərində işləməyi bacaracaqlar. Bundan başqa, tələbələri maraqlı analizlər gözləyir. Mərkəzdə Fotoqrammetrik və Məsafədən Zondlama stansiyaları var ki, bu stansiyalar vasitəsilə tələbələr peyk məlumatlar əsasında meşə sahələrinin avtomatlaşdırılmış metodlarla vektorizasiyasını və digər mürəkkəb təhlilləri apara biləcəklər. Tələbələr eyni zamanda meşə sahələrinin xüsusi geoinformasiya sistemlərini də qurmağı öyrənəcəklər. Bunun üçün Mərkəzin paket CİS texnologiyaları və Məsafədən Zondlama, həmçinin Fotoqrammetriya proqram məhsulları vardır. Həmin proqram təminatları əsasında tələbələr meşə sahələrinin və ağac növlərinin yerləşməsinə uyğun olaraq müxtəlif miqyaslı xəritələşdirmə proseslərini yerinə yetirə biləcəklər. Bundan başqa CAD və CİS texnologiyaları platformasında müxtəlif analizlərin aparılması, xüsusi məlumat bazalarının yaradılması, inteqrasiyalı sistemlərdən necə istifadə olunması haqqında biliklərə malik olacaqlar.
Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Proqramı uğurla başa vuran məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, elmi-tədqiqat institutları, meşə ehtiyatları ilə bağlı müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrdə və s. fəaliyyət göstərə bilərlər.