Qərbi Kaspi Universiteti

Fakültələr

İnformasiya texnologiyaları

Proqramın tərkibi:
Proqram: İnformasiya Texnologiyaları bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Tədris qrafiki:  PDF_fayl >

Matrix:  PDF_fayl >

PTN:  PDF_fayl >

Tədris planı 2023:  PDF_fayl >

Tədris planı(qiyabi) 2023:  PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus

Proqram tərkibi>

İnformasiya texnologiyaları – informasiya ehtiyatlarından istifadə olunması proseslərini tənzimləmək, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsini təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar.

Proqramın bir hissəsi kimi tələbələrə dillərin müasir proqramlaşdırılması, kompüter şəbəkələri, sistem proqramlaşdırılması, verilənlərin strukturu və verilənlər bazaları sistemi, kompüter və hesablama sistemlərinin arxitekturası və s. kimi fənnlər tədris edilir. Proqram mürəkkəb sistemlərin dizayn və inkişafında ənənəvi və müasir texnikaları tətbiq etmək və idarə sistemlərini inkişaf etdirmək imkanları yaradır. Tələbələr müasir proqram komplekslərində alqoritmləri inkişaf və realizə etdirməyi, rəqəmsal sistemlərin analizi və layihələndirməsini, obyekt-yönlü proqramlaşdırmanı, intellektual sistemləri öyrənir.

İnformasiya texnologiyaları və sistemləri müasir dünyamızda özəl sahələrdən tutmuş dövlət sektorları da daxil olmaqla bütün sahələrdə geniş istifadə edilməkdədir. Böyük təşkilatlar əvvəllər kağız üzərində yerinə yetirdikləri bütün işlərini artıq elektronik mühitdə həyata keçirmək üçün informasiya texnologiyaları ilə təchiz edilmiş sistemlər istifadə edirlər. Buna görə təşkilatlar özlərinin elektronik informasiya sistemlərini və texnologiyalarını idarə edən mütəxəssislərə böyük ölçüdə ehtiyac duymaqdadırlar.

 

Əldə ediləcək bilik və bacariqlar

  • Bu ixtisas üzrə Azerbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; lxtisas üzrə an azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  • Müvafıq elmlər, dil bilikləri, informasiya texnologiyaları (IT) sahasi üzre biliklerden yararlanaraq IKT-nin imkanlarını bütün sahalərda tatbiq etmek bacarıqlarına;
  • Məsələlərin həlli üçün əlavə malumət resurslarını müayyən etmək və seçə bilmək qabiliyyetinə;
  • Peşəkar məqsədlər üçün müvafıq məlumatı təhlil etmek, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;

Məzunlarin iş tapmaq imkanlari

"Informasiya texnologiyaları” ixtisası üzrə tahsil alan məzunlar müasir informasiya texnologiyalarının informasiya prosesleri, informasiya resursları, informasiya sistemleri, elmi va texniki informasiyanın verilənler bazası, bilikler bazası, informasiya məhsulu və xidmətləri sahələri üzrə fəaliyyat gösterir, müvafiq dövlət və qeyri-dövlət təşkilatlarında, şirkət və idarələrdə işləyə bilərlər.