Qərbi Kaspi Universiteti

Fakültələr

Molekulyar biologiya

Molekulyar biologiya

İstiqamət Biologiya

Proqram: Molekulyar biologiya

Müddət: 2 il

Təhsil forması: əyani

Təhsil proqramı: PDF

Tədris planı: PDF

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 

Proqram haqqında

Molekulyar biologiya canlıların həyat fəaliyyətini təşkil edən molekulyar səviyyədəki prosesləri öyrənən biologiyanın əsas sahələrindən biridir. Bu sahə əsasən genlərin quruluşu, funksiyası və tənzimlənməsi, genetik məlumatın ötürülməsi, DNT, RNT və zülal sintezi kimi əsas molekulyar mexanizmləri araşdırır.

Molekulyar biologiya genetik informasiyanın saxlanması və ifadəsi, hüceyrə bölünməsi, mutasiyalar və gen ifadəsinin tənzimlənməsi kimi fundamental prosesləri molekulyar səviyyədə başa düşmək üçün laboratoriya metodlarından istifadə edir. Bu sahədə ən çox istifadə olunan metodlar DNT ekstraksiyası, PCR, elektroforez, gen klonlaşdırılması və gen mühəndisliyi texnologiyalarıdır.

Molekulyar biologiya müasir biotexnologiyanın, tibbi genetikanın və gen terapiyasının əsasını təşkil edir və həyat elmlərində böyük tətbiq sahələri var. Bu sahə insan sağlamlığı, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sənayedə innovativ həllərin yaradılması üçün vacibdir.

 

Əldə ediləcək bilik və bacarıqlar

Canlı orqanizmlərin molekulyar səviyyədə quruluşu və funksiyalarını dərindən başa düşmək

Genlərin quruluşu, replikasiyası, transkripsiyası və translasiya kimi əsas molekulyar prosesləri mənimsəmək

Gen ifadəsinin tənzimlənməsi və epigenetik mexanizmlər barədə biliklər əldə etmək

Hüceyrə bölünməsi və genom təşkilatı ilə bağlı əsas anlayışları mənimsəmək

Molekulyar biologiyada istifadə olunan laboratoriya texnikaları və metodlarını (PCR, elektroforez, gen klonlaşdırılması və s.) sərbəst tətbiq etmək

Genetik materialın təhlili və molekulyar məlumatların interpretasiyası bacarığını inkişaf etdirmək

Tədqiqat layihələri hazırlamaq, elmi məqalələr oxumaq və nəticələri elmi dildə təqdim etmək bacarığı qazanmaq

Multidissiplinar komandalarda işləmək və müasir biotexnologiya sahəsində etik və hüquqi normalara riayət etmək

Molekulyar biologiyanın tibbi, biotexnoloji və ekoloji tətbiqlərini başa düşmək və tətbiq etmək

 

Məzunların iş tapmaq imkanları

1.Elmi-tədqiqat və akademik sahə: universitetlərdə və elmi-tədqiqat institutlarında molekulyar biologiya üzrə tədqiqatçı və mütəxəssis

2. Tibbi genetika və klinik laboratoriyalar: Genetik diaqnostika laboratoriyalarında molekulyar analiz mütəxəssisi, xəstəliklərin genetik diaqnostikası və prenatal testlər üzrə mütəxəssis, farmakogenetika sahəsində fərdi dərman müalicəsinin hazırlanmasında və s.

3. Biotexnologiya və dərman sənayesi: yeni biotexnoloji məhsulların inkişafı və istehsalı üzrə mütəxəssis, bioproqramlaşdırma və gen mühəndisliyi laboratoriyalarında, Biotexnoloji startaplarda və innovasiya layihələrində, dərman şirkətlərində molekulyar biologiya üzrə mütəxəssis

4. Kənd təsərrüfatı və ətraf mühit

Bitki və heyvanların genetik seleksiyası və modifikasiyası üzrə mütəxəssis, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün molekulyar tədqiqatlarda iştirak, bioremediasiya və ətraf mühitin mühafizəsi layihələrində işləmək,

5. Bioinformatika və genomika

Genom məlumatlarının toplanması, analizi və interpretasiyası üzrə analitik, molekulyar məlumatların emalı üçün proqram təminatının hazırlanmasında iştirak, böyük genom layihələri və biobanklarda, süni intellekt və data elmi metodlarının bioloji tədqiqatlara tətbiqi

6. Təhsil və maarifləndirmə: təhsil müəssisələrində molekulyar biologiya müəllimi və ya laboratoriya rəhbəri, elmi-populyar layihələrdə və ictimai maarifləndirmə proqramlarında iştirak