Su bioehtiyatları və akvakultura
Proqram: Su bioehtiyatları və Akvakultura
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Tədris qrafiki: PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Tədris planı 2023: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Su bioehtiyatları və akvabitkilər üzrə bakalavr dərəcəsi üzrə tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər.
Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələr üçün müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır
Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Əldə ediləcək bilik və bacarıqlar
- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Peşəkar məqsədlər üçün müvafıq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığı;
- Mürəkkəb sistemləri təhlil etmək, əlaqələri aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək (sistemli düşüncə kompetensiyası);
- Gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmek və qiymətləndirmək qabiliyyəti, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən deyişiklikləri nəzərə almaq;
Məzunların iş tapmaq imkanları
Məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) su hövzələrində bioloji resursların artırılması və mühafızəsi departamentinin yerlərdə fəaliyyət göstərən Regional Bağçılıq, Biomüxtəliflik Departamentinin Xüsusi Mühafızə olunan ərazilərində (dəniz, çaylar, göllər və süni yaradılmış göllər üzrə fermer təsərrüfatlarına, eləcə də Dövlət Təbiət Qoruqları), Regional Ekologiya İdarələrində və digər aidiyyəti təşkilat və müəssisələrdə strateji idareetmə mütəxəssisi, istehsalat mütəxəssisi, layihə meneceri kimi çalışa bilərlər.