Mexanika mühəndisliyi
Proqram: Mexanika mühəndisliyi üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Təlim dili: azərbaycan, ingilis və rus dili
Mexanika mühəndisliyi ixtisası üzrə tədris proqramı çərçivəsində maşın hissələrinin və konstruksiya elementləri düyünlərinin layihələndirilməsinin ümumi məsələləri, mexaniki ötürmələr, maşınqayırma istehsalı prinsipləri, maşınqayırmada mütərəqqi emal üsulları və əməliyyatları, alət və dəzgahlar, avadanlıqların quraşdırma və təmir texnologiyaları, istehsalın ekoloji təhlükəsizliyi, istehsalda xüsusi təhlükəli və antropogen amillərin kəmiyyət və keyfiyyətcə təhlil üsulları öyrədilir. Tələbələr texniki-iqtisadi əsaslandırılmanın prinsip və metodlarının öyrənilməsi, ondan istifadə edilməsi, yeni texnoloji proseslərin təhlili, təbiətdən səmərəli istifadə və ətraf mühitə dağıdıcı təsir etməyən texnologiyanın yaradılmasının ekoloji prinsipləri haqqında biliklərə nail olurlar. Eyni zamanda tələbələr bu ixtisas üzrə müasir proqram təminatlarında işləməyi öyrənmək üçün peşəkar müəllimlərdən dərs alacaqlar. Avtomatlaşdırılmış layihələndirmə sistemləri sahəsində dərin biliklər əldə edə biləcəklər. AutoCAD və digər müasir avtomatlaşdırma sahəsində brend proqram təminatlarında işləməyi bacaracaqlar.
Tələbələr dərəcə almaq üçün diplomqabağı təcrübə keçməli və diplom işini müdafiə etməlidirlər.
Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar dövlət strukturları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi), yüngül sənaye, metalların emalı, neft-qaz emalı və digər sahələrdə fəaliyyət göstərə bilərlər.
İxtisas-peşə hazırlığı fənləri:
- Riyaziyyat
-Fizika
-Kimya
-Nəzəri mexanika
-Tərsimi həndəsə və mühəndisi qrafikası
-Maşın və mexanizmlərin nəzəriyyəsi
-Materiallar müqaviməti
-Konstruksiya materialları texnologiyası
-Materialşünaslıq
-Hidravlika və hidravlik maşınlar
-Elektrotexnika
-İstilik texnikası
-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma
-Maşın istehsalı texnologiyası
-Maşın hissələrini konstruksiya etmənin əsasları
-İstehsalın iqtisadiyyatı və menecmenti
-Avtomatlaşdırmanın əsasları
-Həyat fəaliyyətinin təhlükəsizliyi
-Tribologiyanın əsasları
-Maşınqayırmada keyfiyyətin normallaşdırılması
-Mülki müdafiə
Peşə hazırlığı üçün seçmə fənlər:
- Maşın avadanlıqları
-Metalşünaslıq
-Veb proqramlaşdırılması
-Maşın hissələrinin bərpası
-Optoelektronika
-Riyazi məntiqi məsələlər
-İntellektual sistemlər və s.
https://www.youtube.com/watch?v=R3D8U-r5Kag