Qərbi Kaspi Universiteti

Fakültələr

Aqrar sahədə ətraf mühitin mühafizəsi

İstiqamət Ekologiya

Proqram: Aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

Годовая плата за обучение: PDF >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Proqramın tərkibi >

 

Proqram haqqinda

Aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə magistr proqramı-aqrar və biologiya elm sahələrində mühüm yer tutan ekoloji problemlərin həllinə yönələn proqramdır. Ekoloq-alimlər ekoloji məsələlər və biomüxtəlifliyin qorunub-saxlanılması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, enerji səmərəliliyinin artırılması, aqrar sahədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahələrində konkret cavablar və praktiki həlli yollarını axtarırlar. Proqram üzrə bu sahədə biliklərə yiyələnən və ekoloq kimi formalaşan magistrlar gələcəkdə tək aqrar deyil, həmçinin qlobal ekoloji problemlərin həllində mühüm elmi tədqiqatlar apara bilərlər. Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Təbiəti mühafizə və bərpa sahəsinin problemlərinin təhlilində riyazi və alqoritmik üsullardan istifadə etmək;

· Elmi-tədqiqat və elmi axtarışlar işini aparmaq;

· Ekologiya elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə müstəqil təhlil aparmaq;

· Fundamental və kompüter fənləri sahəsində dərin biliklərə əsaslanan riyazi modelləşdirmə üsullarından istifadə etmək;

· Öz elmi araşdırmalarının nəticələrini təqdim etmək.

 

Məzunların iş tapmaq imkanları

- Dövlət orqanları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi)

- QHT-lər

- Şirkətlər

- Dəniz və balıqçılıq sənayesi

- Elmi-tədqiqat institutlarında öz peşə fəaliyyətlərini qura bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.