Qərbi Kaspi Universiteti

Fakültələr

Mexatronika və robototexnika mühəndisliyi

Proqram: Mexatronika və robototexnika mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

Mexatronika və robototexnika mühəndisliyi günümüzdə elektronika, kompüter tətbiqi, proqramlaşdırma sahələrində texnologiyanın sürətlə irəliləməsi və eyni zamanda sənaye sahələrində avtomatikanın sürətlə inkişaf etməsi, ağıllı cihaz və robotların yaranması ilə yaranan mühəndislik sahəsidir.

Mexatronika və robototexnika mühəndisliyi Mexanika mühəndisliyi, Elektrik-elektronika mühəndisliyi və Kompüter mühəndisliyinin bir birləşməsi olaraq ortaya çıxaraq, zamanı, təbii qaynaqları və əmək vasitələrini ekonomik istifadə edə bilən, eyni zamanda müasir texnologiyanı və mühəndis məhsuldarlığını, ekoloji şərtləri gözardı etmədən ən səmərəli şəkildə istifadə edərək texnoloji dizayn ortaya qoya bilən mühəndis yetişdirən ixtisasdır.

Çağımızın yeni bir mühəndislik elmi olaraq qəbul edilən Mexatronika və robototexnika mühəndisliyi həyat fəaliyyətimizə verdiyi rahatlıq və səmərə ilə bütün dünyada çox geniş tətbiq sahəsinə sahibdir. Mexatronika və robototexnika mühəndisliyi bir məhsul, mexaniki gücü əmələ gətirmək üçün motor sistemləri, yarnan gücü ötürmək üçün mexaniki sistem, dəyişikliyi qeyd etmək üçün sensorlar, sistemə nəzarət etmək üçün mikroişlədici və bütün sistemi idarə etmək üçün kompüter proqramından ibarətdir. Beləliklə Mexatronika və robototexnika mühəndisliyi sadə funksiyaları yerinə yetirən maşın mexanizmlər əvəzinə, müxtəlif şəraitlərə uyğunlaşa bilən qabliyyətli sistemlər inkişaf etdirən mühəndislik sahəsidir.

Məktəbin Mexatronika və robototexnika mühəndisliyi kürsüsündə tələbələrin nəzəri və praktik bilikləri mükəmməl mənimsəmələri üçün Kompüter laboratoriyaları, Elektrik Elektronik Dövrələr Laboratoriyası, Avtomatik nəzarət laboratoriyası, Materialların müqaviməti laboratoriyası müasir kompüter və avadanlıqla təchiz edilmişdir.

Mexatronika və robototexnika mühəndisliyinin çalışma və tətbiq sahəsi isə olduqca genişdir; səhiyyə robotları, kənd təsərrüfatı robotları, avtomatik sənaye, mikro elektromexanika sistemləri, uçuş robotları, görmə robotları, ağıllı silah sənayesi sistemləri, sənaye robot qolları və s. bunlardan bir qismidir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat, yüngül və ağır sənaye, kənd təsərrüfatı, müəssisələrində və s. fəaliyyət göstərə bilərlər.