Cihaz mühəndisliyi
Proqram: Cihazqayırma mühəndisliyi üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Matrix: PDF_fayl >
Tədris planı 2023: PDF_fayl >
Təlim dili: azərbaycan, ingilis və rus dili
Müasir elmi və texnoloji inkişaf, xüsusilə 20-ci əsrin ikinci yarısından sonra yarımkeçirici elektronikanın kəşfi ilə başlayan elektronika, kompüter mühəndisliyindəki sürətli yüksəlişlə texniki imkanlar həyatımızın hər sahəsində tətbiq edilməyə başlamışdır. Xüsusilə elm, sənaye, kommunikasiya, tibb, idman sahələrində hər keçən gün texnologiyanın tətbiqi təkmilləşməkdədir.
Buna görə də cihazqayırma mühəndisləri cihazların dizaynı, ağıllı, sürətli və çoxqabliyətliyi baxımından daima onların təkmilləşməsi yarışındadırlar.
Məktəbin “Cihazqayırma mühəndisliyi” ixtisasında tələbələrimizin tətbiqi riyaziyyat, fizika, kimya kimi fundamental elmlərlə bərabər, materialşünaslıq, tətbiqi kompüter modelləmə, dizayn və avtomatika kimi müasir multidisiplinar biliklərə sahib olan, analiz və sintez edə bilmə bacarıqlı mühəndislər kimi yetişdirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Cihazqayırmada ölçmə sistemlərinin analizi və dizaynını, onların mikroişlədici əsaslı nəzarətlərini əhatə edən metodologiya və dizayn fəlsəfəsi ilə tələbələrimiz müasir texnologiyanın tələblərinə cavab verə biləcək mühəndis kimi hazırlanırlar.
Məktəbin Cihazqayırma mühəndisliyi kürsüsündə tələbələrin nəzəri və praktik bilikləri mükəmməl mənimsəmələri üçün dörd Kompüter laboratoriyası, Elektrik-elektronika laboratoriyası, Avtomatik nəzarət laboratoriyası, müasir kompüter və avadanlıqla təchiz edilmişdir.
Bu gün nanotexnologiyanın və texnoloji imkanların həyatımızın hər sahəsinə tətbiq edilməsi zərurəti ilə “Cihazqayırma mühəndisi” ən aktual peşə sahəsinə çevrilmişdir.
Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Proqramı uğurla başa çatdıran məzunlar dövlət təşkilatlarında, yerli və xarici şirkətlərdə, avtomobil, tibbi avadanlıqları, kosmik avadanlıqları, silah istehsalı, radiotexnika, neft sənayesi, dəzgah, maşınqayırma və cihazqayırma zavodlarında və s. fəaliyyət göstərə bilərlər.
Əldə ediləcək bilik və bacarıqlar
- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- İxtisası üzə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Komandada iş problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
- Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Mühəndislik peşəsində effektiv ünsiyyət və idarəetmə bacarığı olan mütəxəssis kimi yüksək dərəcədə texniki tecrübə nümayiş etdirmek bacarığına;
- Cihaz, sistem və komplekslerin layihələndirilməsi, konstruksiya edilməsi və istehsalı ilə əlaqədar ümummühəndis biliklərini, mühəndis fəaliyyətində riyazi analiz və modelləşdirmə metodlarını tətbiq etməyi bacarmalıdır;
- Xətti cəbr və analitik həndəsə sahəsində qazandığı biliklərini mühəndis fəaliyyətində tətbiq etməyi bacarmalıdır;
- Riyazi stataistikanın və ehtimal nəzəriyyəsinin əsas elementlərini və qanunlarını, riyazi modelləşdirmə üsul və vasitələrini bilməli və peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır.
Məzunların iş tapmaq imkanları
Məzunların ölçmə informasiya texnologiyaları, cihaz mühəndisliyi haqqında lazımi biliklərə yiyələnməklə tibbi, aviasiya, kosmik, yanacaq-enerji komplekslərində o cümlədən neft-qaz, neft-kimya, qida sənayesi, aviasiya cihazlarının istehsalı və istismarı sənayəsi (o cümlədən, Pilotsuz hava gəmilərinin cihaz və yerdən idarə etmə sistemləri) və digər yüngül və ağır sənaye obyektlərində, hərbi sənaye qurğularında, ətraf mühitin peyk monitorinq sistemlərində, ekoloji və meteoroloji sistemlərdə, tibbi və hidroakustik informasiya-ölçmə və idarəetmə sistemlərində, obyektləri mühafizə, keyfiyyətə nəzarət, diaqnostika və digər sistemlərdə kompleks sınaqların aparılması, təhlükəsizlik sistemləri, analoq və rəqəm elektronikasıt metrologiya, fotonika, sənaye elektrik sistemləri və mühərrikləri, rəqəmsal sistemlər və mikrokontrolörlər, hidravlika və pnevmatikalar və dizayn hazırlığı sahəsində yüksək səviyyəli mütəxəssis, o cümlədən biotibbi texnika mühəndisi, məhsulun, avadanlıq və qurğuların monitorinqi və nəzarəti üçün keyfiyyətə nəzarət və diaqnostika mühəndisi, elektrik, elektron cihazlar mühəndisi, metroloji nəzarət və standartlaşma mütəxəssisi,cihaz texnologiyası, idxal, ixrac nəzarəti cihaz ve sistemləri, mürəkkəb avtomatik və avtomatlaşdırılmış sistemlərin, cihaz və avadanlığının layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması və kalibrlənməsi, idarəetmə və istismarı mühəndisi və s kimi ixtisaslaşa bilərlər. Onların həmçinin dövlət və biznes sahələrində müxtəlif informasiya sistemlerinin istifadə olunduğu şöbələrdə, həmçinin texniki ixtisasları olan təhsil müəsisələrində iş imkanları yarana bilir.