Qərbi Kaspi Universiteti

Fakültələr

Komputer elmləri

Təhsil proqramı: PDF>

Tədris planı (Qiyabi) : PDF>

Tədris planı (Əyani) : PDF>

 

Məqsədlər

"Kompüter elmləri" ixtisası üzrə tədrisin məqsədi nəzəri və tətbiqi kompüter elmləri sahəsində fundamental biliklərə və praktiki bacarıqlara malik, peşəkar və etik standartlara əməl edən, effektiv, etibarlı və təhlükəsiz proqram təminatları hazırlaya və tətbiq edə bilən, sürətlə dəyişən texnologiyalar və qlobal bazar şəraitində daim inkişaf etməyə qadir yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır.


"Kompüter elmləri" ixtisası üzrə öyrənmə nəticələri:

  • Statistik və ehtimal modellərinə əsasən proqram sistemləri və verilənləri təhlil etmək üçün riyazi alətlərdən istifadə bacarığı;

  • Hesablama həlləri yaratmaq üçün kompüter elmləri nəzəriyyəsi və proqram mühəndisliyi əsaslarından istifadə bacarığı;

  • Şəxsi və peşəkar inkişaf məqsədilə ömürboyu öyrənməni təşviq edən tənqidi düşüncə və tədqiqat metodlarını inkişaf etdirmək bacarığı;

  • Hesablama təcrübəsində müasir alət və metodologiyalardan istifadə bacarığı;

  • Komandada səmərəli işləyərək hesablama dizaynı, qiymətləndirilməsi və ya tətbiqi ilə bağlı ümumi məqsədlərə nail olmaq bacarığı;

  • Müxtəlif mürəkkəblik dərəcəsinə malik proqram sistemlərinin yaradılması üçün dizayn və inkişaf prinsiplərini tətbiq etmək bacarığı;

  • Müvafiq ehtiyacları ödəmək üçün kompüter sistemi, proses, arxitektura, komponent və ya proqram hazırlamaq, tətbiq etmək və qiymətləndirmək bacarığı;

  • Layihənin həyata keçirilməsinin müxtəlif mərhələlərində layihə idarəetmə alətlərindən istifadə etmək, layihələrin keyfiyyət və kəmiyyət risklərini qiymətləndirmək, səmərəliliyini müəyyənləşdirmək bacarığı;

  • Müasir inkişaf alətləri, kitabxanalar, şablonlar və çərçivələrdən istifadə etməklə proqram təminatı, veb tətbiqlər və mobil tətbiqlər hazırlamaq bacarığı;

  • Elmi və texniki xarakterli zəruri məlumatları əldə etmək üçün xarici dil bacarıqlarından istifadə etmək bacarığı. Xarici dildə təqdimatlar hazırlamaq və şifahi nitqdə ifadə etmək bacarığı.