Qərbi Kaspi Universiteti

Fakültələr

İnformasiya təhlükəsizliyi

Proqram: İnformasiya Təhlükəsizliyi bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Tədris qrafiki(qiyabi):  PDF_fayl >

Tədris qrafiki(əyani):  PDF_fayl >

Matrix:  PDF_fayl >

PTN:  PDF_fayl >

Tədris planı 2023:  PDF_fayl >

Tədris planı(qiyabi) 2023:  PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus

Proqram tərkibi >

Program haqqında

İnformasiya təhlükəsizliyi – informasiya ehtiyatlarından istifadə olunması proseslərini tənzimləmək, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsini təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar.

Proqramın bir hissəsi kimi tələbələrə dillərin müasir proqramlaşdırılması, kompüter şəbəkələri, sistem proqramlaşdırılması, verilənlərin strukturu və verilənlər bazaları sistemi, kompüter və hesablama sistemlərinin arxitekturası və s. kimi fənnlər tədris edilir. Proqram mürəkkəb sistemlərin dizayn və inkişafında ənənəvi və müasir texnikaları tətbiq etmək və idarə sistemlərini inkişaf etdirmək imkanları yaradır. Tələbələr müasir proqram komplekslərində alqoritmləri inkişaf və realizə etdirməyi, rəqəmsal sistemlərin analizi və layihələndirməsini, obyekt-yönlü proqramlaşdırmanı, intellektual sistemləri öyrənir.

İnformasiya texnologiyaları və sistemləri müasir dünyamızda özəl sahələrdən tutmuş dövlət sektorları da daxil olmaqla bütün sahələrdə geniş istifadə edilməkdədir. Böyük təşkilatlar əvvəllər kağız üzərində yerinə yetirdikləri bütün işlərini artıq elektronik mühitdə həyata keçirmək üçün informasiya texnologiyaları ilə təchiz edilmiş sistemlər istifadə edirlər.

 

Əldə ediləcək bilik və bacariqlar

  • lxtisas üzrə ən azi bir xarici dildə kommunikasiya bacariqlarina;
  • Yerində informasiya texnologiyalarindan istifadə etmək qabiliyyətinə;
  • Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idare etmək ve tapşırıqları vaxtında tamamlamaq qabiliyyatinə;
  • Fəaliyyatinə sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • Informasiya təhlükasizliyi siyasətinin formalaşdırılmasında texniki mütəxəssis olaraq iştirak etmək, informasiya təhlükəsizliyinin təmin edilmesi üzrə kompleks tədbirlerin yerinə yetirilməsini təşkil etmək və dəstəkləmək, mühafizə olunan obyekt üzərində onların gerçəklaşdirilməsi prosesini idarə etmək.

 

Məzunlarin iş tapmaq imkanlari

"Informasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan məzunlar IT-şirkətlarində, bank sistemlerində, şəxsi məlumat, verilənlərin təhlükəsizliyi, Cyber hücumların aşkar və dəf olunması, ölkə üzrə təhlükəsiz informasiya mühitinin yaradılması va istifadəçi mədəniyyətinin hazırlanması üzrə ixtisasçı kimi bütün sənaye müəssisələrinda çalışa bilərlər.