Qərbi Kaspi Universiteti

Müəllimlər

Afərin

Afərin  Abbasova

Psixologiya Məktəbi

Psixologiya məktəbinin dekanı, Psixologiya üzrə fəlsəfə doktoru, dosent

2000-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2004-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2006-cı ildə  fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisası üzrə aspirantura şöbəsinə daxil olmüşdur. 2007-ci ildən “Psixologiya” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən Qərbi Kaspi Universitetinin “Pedaqogika, psixologiya və hüquq” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə “Müasir dövrdə siyasi etimadın sosial-psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək və “Psixologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır. 2020/2022 -ci illərdə Qərbi Kaspi Universitetində “Pedaqogika, psixologiya və sosiologiya” kafedrasının müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2024-cü ildən “Psixologiya” fakültəsinin dekanı vəzifəsində çalışır. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir, 2 metodik vəsaitin həmmüəllifi, 14 tədris proqramının, 26 elmi məqalə və tezisin müəllifidir. 25-ə yaxın magistr dissertasiyasına elmi rəhbərlik etmişdir.

Rəşid

Rəşid  Cabbarov

Psixologiya Məktəbi

Psixologiya elmləri üzrə fəlsəfə doktor, professor

1997-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə magistratura pilləsini fərqləmə diplomu ilə bitirmişdir. 2004-cü ildə “Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən BDU-nun “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2008-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır. Təhsil və şəxsiyyət, şəxsiyyətin özünüdərketməsi və özünügercəkləşdirməsi mövzusunda elmi-tədqiqat işi üzərində çalışır. Müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. 3 kitabın və 53 elmi məqalənin müəllifidir. 2006-cı ildən hal-hazıra kimi psixologiya elmləri üzrə Dissertasiya Şurasının elmi katibidir.1993-1997-ci illərdə BDU-nun sosial elmlər və psixologiya fakültəinin bakalavr, 1997-1999-cu illərdə həmin fakültənin psixologiya üzrə magistraturasını birimişdir.  2004, psixol.e.n «Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili». 2000, Elmi işçi,  2008, Böyük elmi işçi. 2000-2008, elmi işçi, Eksperimental psixologiya laborotosiyası «ETL». 2008 – böyük elmi işçi.Apardığı dərslər: Ümumi psixologiya, Yaradıcılıq psixologiyası, Pedaqoji psixologiya. Qərbi Kaspi Universitetində Magistratura diplom müdafiəsi üzrə komissiya sədridir. Həmçinin magistratura üzrə diplom işlərinə rəhbərlik edir.   Tədqiqat sahəsi: Təhsil və şəxsiyyət, şəxsiyyətin özünündərketməsi və özününgercəkləşdirməsi.   Seçilmiş əsərləri 2000, Özünüdərketmə probleminin genezisi və psixoloji mahiyyəti haqqında müxtəlif yanaşmaların təhlili.  2001, Müxtəlif psixoloji məktəblərdə kreativlik anlayışının konseptual əsaslarının tədqiqi.  2004, Yeniyetmələrdə ölüm haqqında təsəvvürlərin onların özündərketməsinə təsiri  2005, Təhsilin şəxsiyyətin özünügercəkləşdirməsində rolu  2005, Kiçik yaşlı məktəblilərdə iradi keyfiyyətlərin inkşaf etdirilməsi yolları  2006, Təhsildə şəxsiyyətin psixoloji sağlamlığı problemi.  2007, Təhsildə imtahan stressi və onun korreksiyası yolları.  2008, Özünügerçəkləşdirə bilən şəxsiyyətin psixoloji keyfiyyətləri 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin meyarları və modelləri // Psixologiya jurnalı, № 1, səh.3-16 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin səviyyələrinə dair // Psixologiya jurnalı, № 2, səh.110-120 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin fəlsəfi tədqiqi istiqamətləri // Bakı Dövlət Universitetinin Elmi Xəbərləri, Humanitar elmlər seriyası, № 2, s.145-155 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsi və həyat planları // Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, №4, s.123-130   Kitablar: 2008, Təhsildə şəxsiyyət problemi   Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki 2006, Bakı, Azərbaycan; “Millətlərarası ünsiyyət dili kimi rus dilinin əhəmiyyəti və onun müasir şəraitdə Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi inkişafına təsir imkanlarına dair” Beynəlxalq elmi-praktiki konfrans

Müşviq

Müşviq  Mustafayev

Psixologiya Məktəbi

Psixologiya üzrə fəlsəfə doktoru

1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin  psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə ümumi psixologiya ixtisası üzrə magistraturasını bitirmişdir. 2003-ci ildə BDU-nun psixologiya kafedrasının dissertantı olmuş və 2005-ci ildə “Gənclərin mənəvi inkişafının bəzi sosial-psixoloji cəhətləri” mövzusunda psixologiya  üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş və psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2011-ci ildən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının elmlər doktoru proqramı üzrə doktorantıdır. 2016-cı ildə  Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur. 2003-ci ildə BDU-nun psixologiya kafedrasının dissertantı olmuş və 2005-ci ildə “Gənclərin mənəvi inkişafının bəzi sosial-psixoloji cəhətləri” mövzusunda psixologiya  üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Əmək fəaliyyəti: 1999-cu ildə BDU-nun  Psixologiya kafedrasının saathesabı müəllimi. 2000-2008 -ci dövrə kimi  “Eksperimental psixologiya ETL-də kiçik elmi işçi. 2008- hazırkı dövrə kimi “Eksperimental psixologiya ETL-də  elmi işçi. 2016-cı ildən hazırkı dövrə kimi - BDU-nun sosial və pedaqoji psixologiya kafedrasında  müəllim. 2006-cı ildən hazırkı dövrə kimi Psixologiya jurnalının məsul katibi. Tədris etdiyi fənlər: “Təhsilin aktual sosial psixoloji problemləri”, “Təhsilin idarə edilməsinin psixoloji məsələləri “, “İxtisas praktikumu  (Sosial psixologiya)”, “Ümumi psixologiya” kursunun «Diqqət və hafizə», “Təfəkkür və nitq”, “Fərdiyyət və şəxsiyyət” bölməsi və qeyri-ixtisas fakültələrində «Psixologiya» fənləri üzrə mühazirə və seminar dərsləri aparır. Tədqiqat sahəsi: Mədəniyyət və şəxsiyyət. Mədəni müxtəliflik şəraitində  şəxsiyyətin sərvət meyl­lə­ri­nin transfor­masiya­sı. İştirak etdiyi konfranslar, kurslar, treninqlər: Respublika və Beynəlxalq konfranslarda iştirak edib. Çap olunmuş əsərləri: Təfəkkür psixologiyasi: müasir vəziyyəti və inkişaf perspektivləri// Bakı: Bakı Universiteti nəşriatı, 2011, 14 s. (həmmüəlliflər: B.H.Əliyev, K.R.Yaliyeva, Р.В.Cabbarov) Ümumi psixologiya (Təfəkkür və nitq)// Program,  Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, 15 s. Psixologiyanın metodoloji problemləri // Program,  Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, 11 s. Yaradıcılıqın ümumi psixoloji problemləri// Program,  Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, 12 s. Mədəniyyət sosial-psixoloji fenomen kimi// Psixoloqiya jurnalı, Bakı, 2011, №3, s.3-12 Культура и самореализация// Вектор науки, Тольяттинского Государственного Университета, 2013, №4, с.85-99 О подходе к проблеме ли­чности и культ­у­ры  в совр­емен­ном общ­естве //7 Международной конференции "European Applied Sciences: modern approaches in scientific researches", 9 s. Hipnoterapiyanın bəzi məsələlərinə dair// AMİ-nin “Xəbərlər”elmi-metodik jurnalı, 2014  №3,  səh. 6 The effect of playing on children social skills   (Case of study: Preschool children in Tehran)// Journal  of Iranian Social Development Studies (JISDS), Vol.6.,No 3,Summer, 2014, 4 s. Kультурное регулирование личностного поведения // Украинский Государственного Университета, 2014, №4, с123-130 Psychological analysis of the factors influencing the  formation of the national character"European Applied Sciences: modern approaches in scientific researches" Vol.3, 2014, 4 s. (həmmüəllif: İ.M.Məmmədli) Şəxsiyyətin sosiallaşmasında mədəni dəyərlərin rolu// Sosial və humanitar elmlərin müasir problemləri, 2015  15(2),  s.17-24 (həmmüəllif: İ.M.Məmmədli) Şəxsiyyətin  dəyərlər sisteminin psixoloji təhlili// Psixologiya jurnalı, 2015, № 3, (həmmüəllif: İ.M.Məmmədli) Роль этно-культурных факторов в социа­лиза­ции личности// European Applied Sciences #10 – 2015, s.30-33, (həmmüəllif: İ.M.Məmmədli) Milli və etnik identikliyin bəzi psixoloji məsələlərinə dair// BDU, Mədəni müxtəliflik dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfrans, 29 aprel 2016, s. 288-289 Identiklik probleminin tədqiqi istiqamətləri// Sosial və humanitar elmlərin müasir problemləri, Bakı, №16, 2016, s.121-123 Məcburi köçkün şagirdlərin təlimdə stressədavamlılıq xüsusiyyətlərinin qiymətləndirilməsi // Şagird nəaliyyətlərinin qiymətləndirilməsi: məzmun və vasitələrin yaradılması problemləri mövzusunda Beynəlxalq elmi konfrans, s. 200-201 Qaçqin və məcburi köçkünlərdə psixoloji vəziyyətin təzahür xüsusiyyətləri// Qərb Universitetinin Elmi xəbərləri. Bakı, 2016, s.138-146 The Characteristics of Social and Psychological Adaptation and Stress Resistance of IDPs Living in Baku City and its Surrounding Districts// International Journal of Science and Research (IJSR) ISSN (Online): 2319-7064 Index Copernicus Value (2013): 6.14 | Impact Factor (2015): 6.391, s.1715-1721 Şəxsiyyətin formalaşmasında etnik adət-ənənələrin rolu// Psixologiya jurnalı,  2016, № 3, s.57-62 Mədəni dəyərlərin formalaşmasının yol və vasitələri// Psixologiya jurnalı,  2016, № 4, s.74-80 Məcburi köçkünlərin sosial adaptasiyasına təsir göstərən amil­lərin psixoloji təhlili// Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, Bakı, 2016, №2, s.150-154 Görmə qavrayişinin ya­ra­n­masında gözün  hərəki   aktivliyinin  rolu// Qərb Universitetinin Elmi xəbərləri. Bakı, № 2,2016, s.97-107 Cinayi davranışın tədqiqi istiqamətləri// Sosial və humanitar elmlərin müasir problemləri, Bakı, №17, 2016, s.204-209 Şəxsiyyət və mədəni mühit// Sosial elmlər və psixologiya fakültəsinin 25illik n yubleyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi-praktik konfransı, s.105-107 Aqressiya probleminə müxtəlif yanaşmalar// Sosial elmlər və psixologiya fakültəsinin 25illik nyubleyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi-praktik konfransı,2016, s.32-35 Qurbanın psixoloji xüsusiyyətləri// Qərb Universitetinin Elmi xəbərləri. Bakı, № 2, 2016, s.108-114 Diqqət və hafizə// Təhsil nəşriyyatı, 370 s Peşə identikliyinin formalaşmasına təsir göstərən amillər// Ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş “Çağdaş dövr və təhsil” mövzusunda Ümumrespublika elmi-praktik konfransı, 4 may 2017, s.39-40 Tələbələrdə peşə identikliyinin formalaşmasına təsir göstərən amillərin psixoloji təhlili// Sosial və humanitar elmlərin müasir problemləri, Bakı, №18, 2017, s.321-325 Cinayi əməlin psixoloji strukturunun təhlili// Sosial və humanitar elmlərin müasir problemləri, Bakı, №18, 2017, s.347-351 Studying Loneliness, Friendship, Self-Esteem of Turkish Young Students Using Facebook in High Schools of The Azerbaijan Republic//2.Avrasya Pozitif Psikoloji Kongresi, İstanbul, 2017, s.32 Mədəni müxtəliflik şəraitində şəxsiyyətin milli  identikliyinin formalaşmasına təsir göstərən amillərin təhlili// Psixologiya jurnalı,2017, № 1, s.73-79 Mədəniyyətin  şəxsiyyətin sosiallaşmasında rolu// Psixologiya jurnalı, 2017, № 2, s.62-67 Mədəniyyət şəxsiyyətin  sosial davranışının tən­zim­lə­yici amili kimi// Qızlar Universitetinin xəbərləri, Bakı, 2017,  №4, s.60-66 Factors affecting students professional identity// Education & Educational Research, 2018

Piri

Piri  Axundov

Psixologiya Məktəbi

Fəlsəfə üzrə fəlsəfə doktoru

Axundov Piri Fərhad oğlu 06 oktyabr 1979-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1986-1997 ci illərdə Salyan rayonu 1 saylı Xalac kənd orta məktəbində təhsil almışdır. 1997- 2001ci ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə təhsilini davam etdirmişdir. 2001- 2002 ci illərdə hərbi xidmətə olmuşdur. 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili almışdır. 2010-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, baş müəllim, dekan müavini, rektor köməkçisi vəzifələrində çalışmışdır. Kafedrada çalışdığı müddətdə “Yeni nəsil” adlı tələbə elmi dərnəyinə sədrlik edib. 2012-2016-cı illərdə AMEA-nın fəlsəfə inistutunun dissertantı olub. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 2016-2019 cu illərdə Azərbaycan Texnologiya universitetində menecment ixtisası üzrə ikinci ali təhsil almışdır. 2015-2021 ci illərdə Azərbaycan Texnologiya Universitetində Tədris şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda 0,5 ştat vahidi əvəzçiliklə İctimai elmlər və multikultralizm kafedrasında dossent əvəzi olub. 2021 ci ildən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiridir. Eyni zamanda fəlsəfə müəllimi kimi 0.5 ştat vahidi ilə dossent əvəzidir. Hindistanın Əhmədabad Menecment Universitetində “3TP: Senior Leaders Programme 2019” layihəsinin iştirakçısı olub. 03 noyabr – 01 dekabr 2018-ci il tarixlərində “Multikultralizmə giriş” və “Azərbaycan Multikultralizmi” tədris proqramları əsasında təlimin iştirakçısı olub. 20-ə yaxın elmi məqalənin, iki fənn proqramının bir dərs vəsaitinin müəllif və həmmüəllifidir. Müxtəlif beynəlxalq konfransların iştirakçısı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir iki övladı var.

Billurə

Billurə  Babayeva

Psixologiya Məktəbi

Müəllim

Mən Billurə Babayevaa 1991-ci ildə Zaqatala şəhərində doğulmuşam. 2008-ci ildə  oxuduğum məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya fakultəsinə daxil olmuşam və 2012-ci ildə də bu universiteti bitirmişəm. Üçüncü kursdan işləməyə başlamışam, 4-cü kursda oxuduğum zaman Fridun bəy Köçərli adına Respublika uşaq kitabxanasında psixoloq olaraq işləmişəm. Kitab götürmək üçün gələn valideynlərə yaşa uyğun olaraq hansı kitabların uşaqlarda kitaba maraq yaradacağını və faydalı olacağı haqda maarifləndirmək, gələn uşaqlarla oxuduğu kitabların müzakirəsini edərək onların tənqidi təfəkkürünün inkişafına kömək etmişəm. Daha sonra Zaqatalada Əliabad qəsəbəsində 3 saylı tam orta məktəbdə psixoloq vəzifəsində 6 il işləməklə bərabər yeniyetmə və  böyüklərlə fərdi seanslar, qrup terapiyaları aparmışam.  Bakıya ixtisasımı daha dərindən öyrənmək məqsədi ilə gəlib 2021-2023~cü illərdə Qərbi-Kaspi Universitetində Klinik psixologiya üzrə  təhsil almışam və hazırda həmin universitetin müəllimi olaraq fəaliyyətimə davam edirəm. Klinik psixologiya təhsili alarkən 3 saylı Zəngilan məktəbində psixoloq vəzifəsində işləmişəm. 2015-ci ildə on gün və  2022-ci ildə 3 ay psixiatr yanında təcrübə keçmişəm. 2022-ci ildə 4 ay narkoloji dispanserdə narkotikdən əziyyət çəkən insanlarla konsultasiya aparmışam. Fərqli psixoloji mərkəzlərdə psixoloq olaraq fəaliyyət göstərmişəm. 2019-cu ildən bəri isə psixoloji seanslara online davam etməyə başladım. Hal hazırda hər ikisinin tətbiqi mümkündür. Psixoloji seanslardan əlavə thetahealing seanslarını da tətbiq etməkdəyəm. Iki məqaləm isə çapa verilmişdir.

Elgül

Elgül  Ağarzayeva

Psixologiya Məktəbi

Müəllim

2009-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2012-ci ildə həmin fakultənin bakalavr pilləsini bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2014-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” kafedrasının saat hesabı müəlliməsi olaraq fəaliyyətə başlamışdır. 2012-2015- ci illə ərzibndə orada çalışmış, daha sonra bir sıra fəaliyyətini bir sıra özəl və dövlət orqanlarında davam etmişdir. 2015-2019-cu illər ərzində Vealaser klinikasında “İnsan resursları üzrə menecer”,2019-2021–ci illər ərzində “Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı”nda İnzibati şöbənin mütəxəssisi, 2021-2023 – cü ilər ərzində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi”nin İnsan Resursları şöbəsinin mütəsəssisi vəzifəsində çalışmışdır. Eləcə də 2021 – ci ildə “Gənclər və İdman Nazirliyi”nin layihəsi olan“Yüksəliş müsabiqəsi”nin Qiymətləndirici ekspertidir.2023-cü ildən Qərbi Kaspi Universitetisinin “Psixologiya və Sosial iş” kafedrasının tam ştatlı müəllimi olaraq fəaliyyət göstərir. Yerli və xarici olmaqla çoxsaylı emi konfrans və təlimlərdə iştirak etmişdir. Bunlar arasında Beynəlxalq Qırmızı Xaç Komitəsi, İsrail Dövlət Arial Universiteti,İstanbul Universiteti və s. var.5 elmi məqalə, 1 tezis, eləcə də 1 tərcümə kitabıb müəllifidir.

Səbinə

Səbinə  Bayramova

Psixologiya Məktəbi

Müəllim

2012-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına daxil daxil olmuş və 2016-cı ildə bakalavr pilləsini bitirmişdir. 2018-cü ildə Türkiyə Cümhuriyyəti Selçuk Universitetinin “Psixologiya” kafedrasının “Ailə psixologiyası” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2022-ci ildə “Üniversite Öğrencilerinin Flört Şiddeti ve Ebeveynlik Stilləri Arasındaki İlişkinin İncelenmesi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək uzman – master of science ali elmi-ixtisas dərəcəsini almşdır. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində psixoloq kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycanda ilk dəfə "Psixoterapiyada Müasir Ailə Modelləri" mövzusunda təşkil edilmiş dəyirmi masada ekspert qismində fəaliyyət göstərmişdir. 2019-cu ildən Türkiyə Cümhuriyyəti “Evimdeki Psikolog” terapiya platformasında psixoloq kimi fəaliyyətini davam etdirmişdir. 2023-ci ildən Bakı Dövlət Universitetinin “Sosial və Pedaqoji Psixologiya” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. Elə həmin ildən Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir.