Su bioehtiyatları
Su bioehtiyatları
İstiqamət Su bioehtiyatları və akva bitkilər
Proqram: Su bioehtiyatları
Müddət: 2 il
Təhsil forması: əyani
Tədris planı: PDF
Təlim dili: Azərbaycan
Proqramın tərkibi >
Proqram haqqında
Akvakultura ixtisaslaşması üzrə magistr proqramı su bioehtiyatlarının davamlı istifadəsi, akvabitkilərin və su heyvanlarının yetişdirilməsi, sağlamlığı və ekoloji idarəetməsi sahəsində ixtisaslaşmış kadrların hazırlanmasını hədəfləyir. Proqram təbii və süni su hövzələrində məhsuldarlığın artırılması, ətraf mühitin qorunması və biotexnologiyaların tətbiqi sahələrində nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşdırılmasını təmin edir.
Əldə ediləcək bilik və bacarıqlar
-Magistrantlar aşağıdakı sahələrdə dərin bilik və bacarıqlara yiyələnirlər:
- Akvakulturada istifadə olunan müasir yetişdirmə texnologiyaları;
- Su heyvanlarının qidalanması və sağlamlıq idarəetməsi;
- Su biotexnologiyası və mikrobiologiyası;
- Su ehtiyatlarının idarə olunması və monitorinqi;
- Ətraf mühitə təsirin qiymətləndirilməsi və bioetik prinsiplər;
- Elmi-tədqiqat metodologiyası və məlumatların statistik təhlili.
Məzunların iş tapmaq imkanları
- ·Akvakultura və su təsərrüfatı müəssisələri;
- ·Ətraf mühitin mühafizəsi və ekoloji monitorinq qurumları;
- ·Tədqiqat institutları və ali təhsil müəssisələri;
- ·Beynəlxalq layihələr və qeyri-hökumət təşkilatları.