Qərbi Kaspi Universiteti

Fakültələr

Ətraf mühitin mühafizəsi və bərpası metodları

Proqram: 700504 - Ekologiya

İstiqamət: Ətraf mühitin mühafizəsi və bərpası metodları

Müddət: 2 il

Təhsil forması: əyani

Təhsil proqramı: PDF

Tədris planı: PDF

 

Təlim dili: Azərbaycan

 

Proqram haqqında

“Ətraf mühitin mühafizəsi və bərpası metodları” - ixtisası ekoloji problemlərin həlli, ətraf mühitin çirklənmiş və deqradasiya olmuş ərazilərin bərpası, ətraf mühitin ekoloji təhlükəsizliyi və davamlı inkişafı prinsiplərinə əsaslanan idarə-etmə sistemlərinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların hazırlanmasını nəzərdə tutur.

Proqramı uğurla bitirən magistr məzunları insan fəaliyyətinin, iqlim dəyişikliklərinin və sənaye müəssisələrinin ətraf mühitə təsirlərini, bitki örtüyündə baş verən dəyişiklikləri, eləcə də tullantıların utilizasiyası məsələlərini öyrənən peşəkar tədqiqatçı mütəxəssislər kimi çalışa bilərlər.

 

Əldə ediləcək bilik və bacarıqlar

· Ətraf mühitin qorunması üçün kompleks metodların tətbiqi;

· Deqradasiyaya uğramış ərazilərin bərpası üçün müasir ekoloji texnologi-yalardan istifadə bacarığı;

· İnsan fəaliyyəti nəticəsində yaranan ekoloji təsirlərin təhlili və qiymət-ləndirilməsi metodlarını;

· Ekoloji monitorinq və diaqnostika vasitələrindən effektiv istifadə bacarığı;

· Davamlılıq prinsiplərinə uyğun effektiv ekoloji layihələrin hazırlanması və idarə edilməsi.

Məzunların iş tapmaq imkanları

· Dövlət qurumları və qeyri-hökumət təşkilatlarında ətraf mühitin qorunması üzrə fəaliyyət göstərən mütəxəssis;

· Sənaye sahəsində ekoloji təhlükəsizliyin təmin olunması və tullantıların idarə edilməsi üzrə ixtisaslaşmış ekspert;

· Ekoloji layihələrinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edən menecer;

· Ətraf mühitin mühafizəsi istiqamətində peşəkar məsləhətçi;

· Uyğun elmi-tədqiqat müəssisələri və laboratoriyalarında fəaliyyət göstərən ekoloq mütəxəssis.